"Fehervar”la Konfrans Liqasının 2-ci mərhələsinin matçında zədələnən “Qəbələ”nin futbolçusu İlkin Qırtımovun son durumu məlum olub.
Offsideplus.az xəbər verir ki, rəqib oyunçu ilə toqquşan müdafiəçinin vəziyyəti yaxşıdır və o, komanda ilə birgə Azərbaycana qayıdacaq.
Qeyd edək ki, Qırtımov matçın ilk hissəsində rəqiblə toqquşub və bundan sonra onun dili qatlanıb, ilkin müdaxilədən futbolçu xəstəxanaya aparılıb. İlk oyunda Macarıstan təmsilçisinə 1:4 hesabıyla uduzan "Qəbələ" cavab matçını iyulun 28-də doğma meydanda keçirəcək.