Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

 Offsideplus.az xəbər verir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Polşa) matçını Məsiyev idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik edəcək. Oyunda 4-cü hakim vəzifəsini isə Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 21-də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.