UEFA Avropa  Konfrans Liqasında bu həftənin ən yaxşısı futbolçusunun adı bəlli olub.

Offsideplus.az xəbər verir ki, UEFA-nın rəsmi saytında səsvemə "Bazel"in brazilyalı "sambaçı"sı  Artur Kabral ən yaxşı seçilib.

23 yaşlı forvard  “Roma”dan  Temmi Abraham,  "Partizan" Marko Jivkoviç və ÇFR-dən  Qabriel Debelju qabaqlayıb.

 

Xatırladaq ki, Kabral Konfrans Liqasının qrup mərhələsinin son matçın da   "Qarabağ”ı 3:0  məğlub etdikləri qarşılaşmada  dubla imza atıb.