“Hazırda nəzər yetirsək , iki matçımız var. Tam dəqiq nəsə demək çətindir, lakin bu, elə oyundur ki, hesaba baxmayaraq, hər şey son turda dəqiqləşə bilər. Əlbəttə ki, “Bazel”in “Kayrat”la qarşılaşmada xal itirməsi və bizim qələbə qazanmağımız bütün suallara aydınlıq gətirəcək.
Offsideplus.az məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah “Omoniya” (Kipr) ilə Konfrans Liqasının 5-ci turunun sabahkı oyunu ilə bağlı danışarkən deyib.
Bugünkü mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı bunları deyib: “Hamımız fikirləşirdik ki, “Kayrat”la Bakıdakı matç önəmlidir və qalibdə gəldik. Daha sonra səfərdə olan oyunun daha vacib olduğunu düşünürdük. “Bazel" - "Omoniya" görüşünün hesabından sonra hər birimiz pley-offa vəsiqə qazanmağımızdan danışdıq. Arxayınçılıq yaşadıqda, bu digər nəticələrimizədə mənfi təsir edir. Mənə görə “Bazel”lə qarşılaşma daha önəmli olacaq. Hər rəqib oyuna fərqli tərzdə hazırlaşır. Futbola dərindən təhlil edib baxsaq, 5-6 element bütün oyunlarda təkrar olunur. Buna uyğun hazırlaşa bilərik. Bu oyuna komanda şəklində ciddi hazırlaşırıq. Bu matç bizim üçün o biri görüşlərdən daha önəm kəsb edir".