"Qarabağ"ın UEFA Avropa Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Omoniya"nın (Kipr) baş məşqçisi Henninq Berq Ağdam təmsilçisi ilə oyunu xatırlayıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis sabah "Bazel"lə keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında bunları deyib:
"Sabahkı oyunu səbrsizliklə gözləyirik. "Bazel" yaxşı komandadır. Bu rəqibə qarşı matçdan təcrübə qazanmaq və təkmilləşmək üçün istifadə etmək istəyirik. Düşünürəm ki, artıq nəticə qazanmalıyıq. Avropadakı çıxışlarımız çox yaxşıdır. Yalnız "Qarabağ"a qarşı oyunun son 20 dəqiqəsində bəxtimiz gətirmədi. Qalan görüşlərdə yaxşı oynasaq da, nəticə əldə edə bilmədik".
Qeyd edək ki, "Qarabağ" "Omoniya"nı 4:1 hesabı ilə məğlub edib.