"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq açıqlama verib.

Offsideplus.az-ın məlumatına görə, norveçli mütəxəssis qrupdakı rəqibləri dəyərləndirib: "Bazel" yüksək səviyyəli komandadır. "Qarabağ" səviyyəmizə yaxın kollektivdir. "Kayrat"ın hansı vəziyyətdə olduğuna isə baxmaq lazımdır. Bizdən asılı olan hər şeyi etmək istəyirik. Qrupumuzda məğlubedilməz komanda yoxdur. Eyni zamanda, hər birinə uduzmaq da mümkündür".