UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biri "Bazel"in sahibi David Degen rəqiblərindən razı qaldığını açıqlayıb.
Offsideplus.az "nau.ch" saytına istinadən xəbər verir ki, o, qrup mərhələsinin püşkünü dəyərləndirib.
“Bazel” həmişə beynəlxalq səviyyədə çıxış etməlidir. Uzun səfərlərdən məmnun deyiləm. Amma rəqiblərdən razıyam. Bu komandaları məğlub etmək zəruridir”.
Qeyd edək ki, “Qarabağ” “Bazel”, “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə birlikdə H qrupunda yer alıb.