UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi” (Hayfa) - “Neftçi” (4:0) matçından sonra “flaqman”ın baş məşqçisi Samir Abasov media nümayəndələrinin suallarını cabalandırıb.
Offsideplus.az xəbər verir ki, 43 yaşlı çalışdırıcı qarşılaşma haqqında bunları deyib:
"İlk dəqiqələrdə artıq təhlükəni hiss etməyə başladıq. Rəqibə real qol vəziyyətləri verdik. Yusuf Lavalın olmamağı nə qədər problem idirsə, matç başlayandan üç futbolçunun oyundan qopmağı bu nəticəyə qətirib çıxardı. Bizim üçün bu yaxşı təcrübə oldu. Nə qədər ağır olsa da, bundan nəticə çıxarmalıyıq”.
- Samir Abasovun bu məğlubiyyətdə nə qədər günahı var?
- Tək mənim və futbolçularım günahı yoxdur, bütün situasiyanı özünüz də görürsünüz. Əgər belə heyətlə bu cür rəqibə qarşı nəsə etməy istəyiriksə, yalnız sürprizə ümid etməliyik. Günahkar axtarmaqdansa, bundan nəticə çıxarıb, yolumuza davam etməliyik. Yıxılmışıqsa, qalxıb, özümüzü sübut etməliyik.
- Hansı futbolçular oyundan qopdu?
- Onlar əsla günahkar deyillər, amma belə rəqibə qarşı istədiyin heyətinin oyunçuları oynamırsa, məcbur dəyişikliklər etməlisən. Fəhmin Muradbəyli, Harramiş Suareş və Mert Çelikdə sıxıntılar olduğu görünürdü və bu, həddindən artıq xoşagəlməz idi futbol adına. Mert təcrübəsizliyə bunu keçmək olardısa, digərlərini başa düşə bilmirəm.
- Qısa tezislərlə, “Neftçi”nin avrokuboklara vida etməsinin səbəbləri nədir?
- Yalnız bir səbəb var: heyətimizin bu cür turnirlər üçün yetərli olmaması.
- “Neftçi” çempion olandan sonra, harada oynacağınızı bilirdiniz. Niyə buna bir çarə tapmadınız?
- Komanda daxilində vəziyyət əladır. Kollektiv olaraq birlikdəyik. Bu məğlubiyyətlər pis təsir edə bilər, futbolçuların hisslərini anlayıram. Meydançanın içində bir-birilərini anlaşılmazlıq ola bilər, amma daim oyunçu dəyişməyə məcbursan. Real danışaq: biz dəyişiklikləri oyunu dəyişmək üçün yox, bəzi futbolçuların yorğun olması səbəbindən edirik. Bu gün “Qarabağ” yeni futbolçular gətirir, onlar bu sistemlə davam edirlər. Bizim üçün isə HİK-lə oyunda heyətdə yaranan problemlər qırılma anı oldu. Emin Mahmudovun bədənində artıq su qalmayıb. Amma mən onu meydana buraxmasam, nə qədər suallar olacaq? Biz tək “Neftçi”ni yox, xalqımızı təmsil edirdik, amma nəticə çıxara bilsək, bu artıq müsbət bir hal olacaq.
- “Qarabağ”ın adını çəkdiniz... “Neftçi”nin çempionatda əsas məqsədi nə olacaq? Bu rəqabətdə nə qədər şansınız var?
- Əsla təslim olmayacağıq. Vəziyyətimiz çıxılmaz deyil. Bu turnirlər üçün hazır deyilik, lazım olan sayda belə oyunçumuz yoxdur. Məsələn, sol müdafiəçimiz yoxdur, amma “Neftçi” baş məşqçinin kim olmasından asılı olmayaraq, çempionluğa oynayacaq. “Qarabağ”ın adını çəkməklə, sadəcə misal gətirdim. Başqa misal gətirə bilərəm: “Olimpiakos” və ya “Makkabi” oyun zamanı 5 oyunçu dəyişirlər və oyunu dəyişirlər, hətta ehtiyat oyunçular skamyasında əyləşənlər belə oynasaydı, bizə problem yaradacaqdılar. “Neftçi”nin hədəfi çempionluqdur. Bu uşaqlarla bu yola davam edəcəyik.
- Harramişin sol cinahda oynamasın səbəbi nə idi?
- Yusuf Laval olsaydı, Harramiş ümmumiyyətlə olmayacaqdı. Mən sizdən heyət qurmağı xahiş etsəm, siz də baş sındırarsız. Onun oyunu yaxşı alınsaydı, 4 qol buraxmazdıq. Amma onu da günahlandıra bilmərəm. Buraya gələndən, onu oynatmadığım mövqe qalmadı.
- Mamadu Kanenin “Olimpiakos”a keçidi haqqında nə deyə bilərsiniz?
- Bu oyun ərəfəsində heç Kanenin vəziyyəti haqqında düşünmürdüm.. Bu keçid baş versə, futbolçu üçün uğur olar və onun adına çox sevinərəm. Bildiyimə görə, iki klub arasında söhbət davam edir. Yaxın günlərdə biz də biləcəyik.