UEFA azərbaycanlı referi Əliyar Ağayevə yeni təyinat verib.
Offsideplus.az xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində “Gent” (Belçika) və “Rakov” (Polşa) komandaları arasında baş tutacaq cavab oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.