İsrailin "Makkabi"(Hayfa) klubunun futbolçusu Məhəmməd Abu Fani Konfrans Liqasının pley-off mərhələsində “Neftçi” ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, sabahkı oyunla bağlı bunları deyib:
"Hazırda ancaq öz oyunumuz haqqında fikirləşirik. Fikrimcə, önəmli olan da budur. Yaxşı nəticə qazanmağa çalışacağıq. Bu cütün favoriti yoxdur. Özümüzü favorit saymıram. İki oyun olacaq. "Neftçi" bura gəlib çatıbsa, deməli, bizimlə eyni səviyyədədir. Meydanda ən yaxşı oyunumuzu sərgiləmək istəyirik. Bakıdan sərfəli nəticə ilə qayıtmaq fikrindəyik”.