Bu gün "Sumqayıt" cari mövsümdə avrokuboklarda ilk oyununa çıxıb.

Offsdeplus.az xəbər verir ki, Ayxan Abbasovun komandası Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçları çərçivəsində "Çukariçki" ilə (Serbiya) qarşılaşıb.  Səfərdə keçirilən matçda qapılara qol vurulmayıb.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 29-da keçiriləcək.

21 iyul

UEFA Konfrans Liqası

22:00. "Çukariçki" (Serbiya) - "Sumqayıt" (Azərbaycan) 0:0

Baş hakim: Fedayi San (İsveçrə)

Belqrad. "Çukariçki" stadionu

Heyətlər:

"Çukariçki": 12. Petroviç, 6. Stevanoviç, 65. Şapiç, 19. Tanasiyeviç, 86. Roqanoviç, 22. Miyaloviç, 5. Doçiç (k), 27. Saviç, 77. Kovaç, 70. Yankoviç, 9. Yovanoviç

Ehtiyat oyunçular: 1. Beliç, 35. Miçoviç, 2. Roqan, 3. Toşiç, 7. Rakonyaç, 11. Kampbell, 20. Kayeviç, 23. Çoloviç, 26. Drezgiç, 72. N`diaye, 80. Çoliç, 88. Lukiç

"Sumqayıt": 13. Bayramov, 74. Nəbiyev, 5. Xocaniyazov, 4. Haqverdi, 14. Bədəlov, 18. Əhmədov, 10. Sadıxov, 6. Mustafayev (k), 17. Xaçayev, 11. Abdullazadə, 9. Qurbani

Ehtiyat oyunçular: 1. Əhmədli, 71. Quliyev, 2. Nağıyev, 3. V.Hüseynov, 8. Abdullazadə, 19. Mahmudov, 20. Hüseynov, 33. Turabov, 37. Əliyev, 60. Elvin Məmmədov