UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşacaq "Sumqayıt" bu oyunlar üçün iştirak ərizəsini təqdim edib.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Ayxan Abbasov qarşıdakı görüşlərdə 21 futbolçunun xidmətindən yararlanacaq.

Qapıçılar: 1. Tərlan Əhmədli, 13. Aydin Bayramov, 71. Hüseynəli Quliyev

Müdafiəçilər: 2. Dmitri Nağıyev, 3. Vurğun Hüseynov, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 7. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 33. Eltun Turabov, 73. Yusif Nəbiyev

Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 8. Səbuhi Abdullazadə, 10. Rəhim Sadıxov, 11. Rüfət Abdullazadə, 17. Murad Xaçayev, 20. Roman Hüseynov, 60. Elvin Məmmədov

Hücumçular: 9. Əli Qurbani, 19. Xəzər Mahmudov

 "Sumqayıt"ın "Çukariçki" ilə ilk oyunu iyulun 21-də səfərdə, cavab görüşü isə 29-da doğma meydanda olacaq.