FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununun baş hakimi olacaq.

Offsideplus.az xəbər verir ki, I təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sileks" (Şimali Makedoniya) cavab görüşü 30 yaşlı hakimə tapşırılıb. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 15-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.