"Liverpul" klubu 30 ildən sonra futbol üzrə İngiltərə Premyer Liqasının qalibi olub.
Offsideplus.az xəbər verir ki, Premyer Liqanın XXXI turunda ən yaxın izləyicisi "Mançester Siti"nin "Çelsi" ilə (1-2) səfər matçında xal itirməsi 86 xala malik "Liverpul"u əlçatmaz edib. Beləliklə, Yurgen Kloppun komandası tarixinin 19-cu ölkə çempionluğuna sona 7 tur qalmış nail olub.
"Liverpul" sonuncu dəfə 1989/1990 mövsümündə İngiltərə çempionluğu qazanıb. Yurgen Kloppun baş məşqçi olduğu komanda ötən mövsüm "Mançester Siti"dən cəmi 1 xal geri qalaraq, gümüş medalla kifayətlənmiş, bununla belə, Çempionlar Liqasının qalibi olmağı bacarmışdı.
"Çelsi"nin 2-1 hesablı qələbəsi ilə yekunlaşan matçı izləyən "Liverpul" futbolçuları çempionluğu çılğın tərzdə qeyd ediblər. Həmin anları təqdim edirik: