Son günlərdə koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur.
Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir.
Belə olduğu halda, mövcud karantin rejimi qaydalarının daha da sərtləşdirilməsi gündəmə gəlib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində məsələ ilə bağlı danışan TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, bu barədə qərarı Operativ Qərargah verəcək.
“Bunu əvvəldən deməyimiz doğru olmaz. Belə bir qərar olsa, Operativ Qərargah bu barədə məlumat verəcək. Hər şey statistikadan və insanların davranışından asılıdr. Vətəndaş SMS-lə icazə alıb çölə çıxdıqda maska taxmalıdır. Ərzaq almağa gedərkən maskadan istifadə edilməlidir, sıxlığa girilməməlidir”.
“Biz sərtləşməyə getmək istəmirik, amma qaydalara riayət olunmasa və yoluxma sayları artsa, bu, gözləniləndir. Lakin qərarı Operativ Qərargah verəcək”, – deyə Y. Qarayeva vurğulayıb.(qazet.az)