"Milan" futbolçusu Hakan Çalhanoğlu ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.
Offsideplus.az"Tuttosport"a istinadən xəbər verir ki, İtaliya klubuna baş məşqçi təyin olunacağı gözlənilən Ralf Ranqnikin də türk yarımmüdafiəçinin komandada qalmasını istədiyi bildirilib.
Qeyd edək ki, H.Çalhanoğlunun "Milan"la hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır. O, bu mövsüm 27 matçda 5 qol vurub, 3 qolun ötürməsini verib.