Futbol üzrə Rusiya Premyer Liqası ilə bağlı daha bir maraqlı məqam diqqəti çəkib.

Offsideplus.az xəbər verir ki, bu gün keçirilməsi planlaşdırılan "Krasnodar" - "Dinamo"(Moskva) oyunu təxirə salınıb. Görüş iyul ayının 19-na ertələnib.

Səbəb isə bu günlərdəki situasiya ilə oxşar olub. Söhbət "Soçi" - "Rostov" matçından gedir. Məlum olduğu kimi, "Rostov" klubunun əsas heyət oyunçularında koronavirus aşkarlanıb və qonaqların rəhbərliyi rəqibdən oyunu təxirə salmalarını istəyib. "Soçi" isə bunu qəbul etməyib və oyunun keçirilməsinin mütləq olduğunu bildirib. Nəticədə yeniyetmələrlə səfərə gedən "Rostov" 1:10  hesablı "biabırçı" məğlubiyyət alıb.

Ancaq "Krasnodar" klubunun sahibi Sergey Qaliçki "Soçi"li həmkarı Borisdən fərqli olaraq, əsl "fair play" nümunəsi göstərib və rəqib komandada yeni koronavirusa yoluxan futbolçuların olduğuna görə, oyunun təxirə salınması ilə bağlı müraciəti dərhal qəbul edib. "Öküzlər"in rəhbərinin bu addımı isə Rusiya futbol ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.

Futbolçular, azarkeşlər - bir sözlə, hər kəs onun bu ədalətli qərarını alqışlayıb.

Sosial şəbəkələrdə istifadəçilərin əksəriyyəti vəziyyətdən istifadə edib, "Soçi" rəhbərliyinə ehyam da vurmağı unutmayıb.

Maraqlı məqamı da qeyd edək ki, "Krasnodar" klubunun sahibi Sergey Qaliçki əslən Soçi şəhərindəndir.