Bu həftə Azərbaycan Premyer Liqasında XIX turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün 2 qarşılaşma baş tutacaq. Günün ilk oyunu Sumqayıtda keçirilib. Şəhərin eyniadlı təmsilçisi "Keşlə" ilə münasibətlərə aydınlıq gətirib. Oyun 2:2 hesbaı ilə başa çatıb.
Komandalar indiyədək 30 dəfə qarşılaşıblar. 7 dəfə "Sumqayıt", 15 dəfə "Keşlə" qələbə sevinci yaşayıb. 8 oyun isə bərabərliklə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
XIX tur
29 fevral
16:00. “Sumqayıt” – “Keşlə” 2:2
Qollar: Peyman Babayi, 4 (1:0), Vüsal İsgəndərli, 10 (1:1), Rəhim Sadıxov, 59 (2:1), Slavik Alxasov, 80 (2:2)
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena"