"Komandam sona qədər əzmkar mübarizə apardı. Oyundan sonra futbolçulara da gözəl oyun nümayiş etdirdikləri üçün təşəkkürümü bildirdim".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Hypers Quba"nın baş məşqçisi Vüqar Nadirov II Liqanın 2-ci turu çərçivəsində "Şəmkir"ə qarşı keçirdikləri oyun barəsində danışarkən bildirdi.
Mütəxəssis meydanda azlıqda qalmalarına baxmayaraq sona qədər qələbə qazanmaq üçün oynadıqlarını qeyd etdi:
"İki top öndə olduğumuz oyunda üstünlüyü itirdik. Rəqib hesabı bərabərləşdirməyi bacarmışdı. Buna baxmayaraq komanda ruhdan düşmədi. Sona qədər mübarizə apararaq qələbə qolunu vurdular. Meydanda 9 nəfər qalanda da oyunçularımın öndə oynamasını istəyirdim. Şəmkirə qələbə üçün getmişdik və 3 xalı da qazanaraq geri döndük".
Çalışdırıcı stadionun acınacaqlı vəziyyətindən gileyləndi:
"Arena çox bərbad vəziyyətdə idi. Bu meydanda oynanılan oyundan zədəsiz çıxmağımız çox yaxşı oldu".