"Çətin şəraitdə mübarizə aparırıq. Çempionatda maddi vəziyyəti ən aşağı olan komanda bizik. Amma, bütün bunlar dünənki nəticəyə heç bir əsas vermir".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynov II Liqanın II turu çərçivəsində "Şimal"a 8:0 hesabı ilə məğlub olduqları görüş barəsində danışarkən bildirdi.
Mütəxəssis nəticənin də onun üçün gözlənilməz olduğunu qeyd etdi:
"Özüm də bu nəticəni gözləmirdim. Heyətimizi tam formalaşdıra bilməmişik. Oyunda 6 futbolçumuz iştirak edə bilmirdi. Komanda olaraq bərbad oynadıq. Rəqib də şanslı idi. Demək olar ki, vurduqları hər top qol oldu. Futbolda hərdən belə nəticələr olur. Bütün komandaların başına gələ biləcək haldır. Növbəti oyunlarda uğurlu çıxış edərək azarkeşlərə də, özümüzə də bu acı nəticəni unutdurarıq".