"Klubun hüquqi adı "Saatlı-Araz"dır. Sadəcə, biz I Liqada iştirak etdiyimiz zaman "Araz-Saatlı" adı ilə çıxış etmişdik. Bu isimlə davam etmək istəyirdik".
Bu sözləri Offsideplus.az-a açıqlamasında II Liqada çıxış edən Saatlı təmsilçisinin prezidenti Ədalət Abdullayev dedi. Klub rəhbəri məsələ ilə bağlı PFL-ə müraciət etdiklərini qeyd etdi:
"Qurum hüquqi adı olduğu kimi təqdim edir. İsmin dəyişdirilməsi üçün müraciət etmişik. PFL yaxın günlərdə adı dəyişdirərək "Araz-Saatlı" kimi göstərəcək".