Yeni mövsümdən I Liqada çıxış etməli olan "Baku Sportinq" heyətini daha bir futbolçu ilə gücləndirib. 

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Ramil Rüstəmovu heyətinə qatıb. Məlumatı klubun mətbuat xidməti yayıb. 20 yaşlı müdafiəçi ilə 2024/25 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Ramil Rüstəmov keçən "futbol ili"ndə "Baku Sportinq" heyətində II Liqanın qalibi olub.