AFFA-nın qərarı ilə yenidən II Liqada çıxış edəcək olan "Şəfa" yeni mövsüm iddialı heyət formalaşdırmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Premyer Liqada çıxış etmiş 6 futbolçu ilə güclənib. Söhbət Novruz Məmmədov, Röyal Nəcəfov, İbrahim Aslanlı, Elçin Rəhimli, Rövşən Şahmuradov və Eşqin Quliyevdən gedir. 

Adıçəkilən oyunçular artıq "Şəfa"nın heyətində debüt ediblər. Onlar "Ramana" və "Dinamo" ilə yoxlama görüşlərində meydana çıxıblar.