Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, 2 saat davam edən müzakirələrdən sonra qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında II Liqada klub sayının artırılması ilə bağlı iddialara cavab verib.

"II Liqada komanda artırılmayacaq. Mövcud vəziyyətə görə, hazırda sözügedən çempionatda 13 klub var. Amma ən qısa zamanda PFL-lə məsələni müzakirə edəcəyik və yekun qərar veriləcək. Ümumi razılaşma əsasında nəticəyə gələcəyik".