Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən 26 iyun Silahlı Qüvvələr Gününə həsr edilmiş növbəti "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirmişdir.
Gənclər arasında təşkil olunmuş bu yarışda hər birində 8-10 nəfər olmaqla 36 komanda iştirak etmişdir. Gərgin mübarizədə 1-ci yerə "SS Milceyi", 2-ci yerə "Diamonds Are Forever", 3-cü yerə isə "İstiqlal" komandaları layiq görülüblər. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə keçirilən bu intellektual yarış maraqlı suallarla (hərb tariximiz, döyüş sənəti, məntiq, qəhrəmanlarımız və sair) müxtəlif sahələri əhatə edirdi. Qaliblər pandemiya ilə əlaqədar olaraq karantindən sonra təltif olunacaqlar.