Lamin Yamal "El-Klassiko"da üçüncü qolunu vurduqdan sonra tribunadakı bir qrup azarkeşin irqçi təzyiqlərinə məruz qalmışdı.

Offsideplus.az xəbər verir ki, La Liqa irqi ayrıseçkiliyə qarşı güzəştə getməyəcəyini və "Real" tərəfdarlarının bu addımına qarşı araşdırmalar aparılacağını, şəxslərin müəyyən edilərək cəzalandırılacağını açıqladı.

Qeyd edək ki, daha öncə "kral klubu"nun ulduzu Aurelian Çuameniyə qarşı da bənzər hərəkəti edən gəncə 1 il müddətinə stadionlara giriş qadağası və 4 000 avro cərimə tətbiq olunub.