"Volfsburq" - "Ştutqart" qarşılaşmasında baş hakim Sven Yablonski səhvən başqa oyunçuya qırmızı vərəqə göstərib.

Offsideplus.az xəbər verir ki, matçın 63-cü dəqiqəsində bir mövqedə "Volfsburq"un futbolçusu Maksimilian Arnold və "Ştutqart"ın futbolçusu Atakan Karazor eyni anda topa müdaxilə etmək istəyiblər.

Yaranan vəziyyətdə Arnold Atakan Karazorun ayağına basıb. Matçın baş hakimi Sven Yablonski Atakan Karazorun Arnola kobud mövqedə müdaxilə etdiyini əsas gətirərək ikinci sarı vərəqədən qırmızı vərəqə göstərib.

Atakan Karazor ikinci sarı vərəqədən sonra qırmızı vərəqə aldığı üçün VAR bu qərara müdaxilə edə bilməyib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşsa da, Yablonskinin bu qərarı geniş müzakirələrə səbəb olub.