Misli Premyer Liqasının hesabat turunda keçirilən “Səbail” - “Turan Tovuz” oyununun 45-ci dəqiqəsində qorxunlu anlar yaşanıb.

Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Ağabala Ramazanov rəqib futbolçu ilə toqquşmada yerdə qalıb.

Dərhal meydana hər iki komandanın tibbi personalı daxil olub. Huşunu itirən futbolçu ambulansla xəstəxanaya aparılıb.