Misli Premyer Liqasında 9-cu tura yekun vurulur.

 Birinci dövrənin son matçında "Neftçi" hazırda doğma divarlar arasında "Qarabağ"ı qəbul edir.

Offsideplus.az-ın məlumatına görə, "Neftçi Arena"da keçirilən matç başlar-başlamaz, "Forza Neftçi" azarkeş qrupunun üzvləri stadionu tərk ediblər.

Belə ki, polis əməkdaşlarının azarkeşlərə pankart açmağa icazə verməməsi onların narazılığına səbəb olub və fanatlar tribunaları tərk ediblər.

Bu barədə məlumatı saytımıza açıqlamasında "ağ-qaralar"ın mətbuat katibi Emin Əfəndi verib.

WhatsApp Image 2023 10 08 at 19.35.56 1

WhatsApp Image 2023 10 08 at 19.36.50