Takevondo üzrə Azərbaycan milli komandasının iki aparıcı idmançısı yığmadan kənarlaşdırılıb. 

Offsideplus.az Prosport.Az-a istinadən xəbər verir ki, onlar Fəridə Əzizova və Patimat Abakarovadır.

Qadın millimizin koreyalı baş məşqçisi Park Sun-minin məşq sistemindən narazı qalan taekvondoçular hazırlıqlara qatılmayıblar. 50 yaşlı məşqçi isə federasiya rəhbərliyinin də qərarı ilə son vaxtlar nəticələri bərbad olan bu idmançıları millidən uzaqlaşdırıb.

Bu səbəbdən hər 2 idmançı hazırda Estoniyanın paytaxtı Tallində keçirilən Olimpiya çəkiləri üzrə Avropa çempionatında iştirak etmirlər.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasında bu ilk belə hal deyil. 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarından sonra milliləşdirilmiş taekvondoçular – Milad Beiqi Harçeqani və Radik İsayev iranlı baş məşqçi Rza Mehmandostun məşqindən narazılıq edərək hazırlıqlara qatılmaqdan imtina etmişdi. Federasiya isə hər 2 idmançını yığmadan kənarlaşdırmışdı.