Xorvatiyanın hüquq-mühafizə orqanları Burundinin yeniyetmələrdən ibarət komandasının on həndbolçusunun (19 yaşadək oyunçular) axtarışına başlayıb.

Offsideplus.az xəbər verir ki, onlar bu ölkədə keçirilən dünya çempionatı zamanı itkin düşüblər.

Polis idmançıları axtarır və onların itkin düşmə səbəblərini müəyyənləşdirir.

Burundinin yeniyetmə həndbol komandası avqustun 2-dən 13-dək davam edəcək dünya çempionatında iştirak etmək üçün Xorvatiyaya gəlib. Avqustun 10-da komanda Bəhreynlə oyun keçirməli idi, lakin Afrika yığması yarışdan kənarlaşdırılıb.