"Qarabağ" və "Sabah" komandaları sayəsində Azərbaycanın UEFA reytinqinə daha yarım xal yazılıb. 

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasında HİK-ə 2:1 hesabı ilə qalib gəlib, "Sabah" isə "Partizan"ı 2:0 hesabı ilə məğlub edib. Bu qələbələr sayəsində ölkə reytinqinə 0,500 xal əlavə olunub.  

Bununla ölkənin cari mövsümdəki xalları 2,000 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,250-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,250 əmsala bərabərdir.