Azərbaycanlı FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.

 Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA  Avropa Konfrans Liqasının birincin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 20-də keçiriləcək "Vlazniya" (Albaniya) - “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.