FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının (TFF) Hesabat Seçki Konfransında iştirak edib.

Offsideplus.az "Milliyet"ə istinadən xəbər verir ki, AFFA-nın sabiq baş katibi Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsindəki oyunlarından danışıb.

O, seçmə mərhələyə uğursuz başlayan millimizin çıxışına da qısaca olaraq fikir bildirib:

“İlk növbədə Türkiyə millisini qazandığı 6 xala görə təbrik edirəm. Gözəl qola imza atan (red: Uelslə oyunda)  Arda hər kəsə yaxşı örnək olacaq. Təbii ki, Azərbaycan üçün Avropa çempionatına çıxmaq çətindir, amma ümid edirəm ki, Türkiyə Almaniyaya yollanacaq".

Xatırladaq ki, Avro-2024-üç seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə məğlub olan milli komandamız son olaraq isə Estoniya ilə (1:1 heç-heçə edib. Bu nəticədən sonra yığmamız 1 xalla qrupda sonuncu - 5-ci pillədə yer alıb.

Fəqan İbrahimli