Xəbər verdiyimiz kimi, FIFA referisi Əliyar Ağayev və FIFA referi köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli beynəlxalq turnirə təyinat alıblar.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, hakimlərimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinin açılış oyununu idarə edəcəklər.

İyunun 21-də Tbilisi şəhərindəki Mesxi stadionunda təşkil olunacaq oyunda Belçika və Niderland milli komandalar üz-üzə gələcəklər.

Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi UEFA U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də keçiriləcək.