"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiyanın sport24.ru saytına müsabibə verib.

 Offsideplus.az xəbər verir ki, mütəxəssis Azərbaycandakı hakimliyin vəziyyəti ilə bağlı danışıb.

O, idarəçiliyi tənqid edib:

"Əgər Rusiyada səni ehtiyatla meydandan göndərirlərsə, Azərbaycanda bunu daha az peşəkar şəkildə həyata keçirirlər. İldən ilə buna dözmək mənim üçün çətinləşir".

"Kimin nə deməsi məni ən sonda narahat edən məsələdir. Həm "Krasnodar", həm də "Sabah" dürüst oynayıb. Kim lazımdırsa o başa düşəcək. Çox şey haqda mən danışa bilmərəm".

Musayev Azərbayanda olan VAR sistemi ilə bağlı fikirlərini də bildirib:

"Mən VAR-ın tərəfdarıyam. Bu, futboldakı ən yaxşı hadisələrdəndir. Amma Rusiyada VAR-a 6 dəqiqə baxırlar, buna görə də oyun çökür. Avropada təkrarı yarım dəqiqə izləyirlər. Bizdə isə hətta uşaqların tribunadan gördüklərinə də baxırlar". 

Fəqan İbrahimli