PSJ klubunun qapıçısı Serxio Riko yenidən komaya düşüb.

Offsideplus.az xəbər verir ki, qolkiper hələ də Sevilyadakı xəstəxanadadır. İyunun 7-də Rikonun vəziyyətinin getdikcə yaxşılaşdığı barədə məlumatlar ortaya çıxmışdı. Bu gün həkimlərin yenidən sakitləşdirici vasitələrdən istifadə etdiyi məlum olub.

Bundan əvvəl Rikonun atdan yıxılaraq kəllə-beyin travması aldığı bildirilmişdi.