PSJ-nin qapıçısı Serxio Riko bədbəxt hadisə ilə üzləşib.

 Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı qolkiper ölkəsində atdan yıxalaraq ciddi kəllə-beyin travması alıb. Mənbənin verdiyi məlumat görə, Paris təmsilçisinin futbolçusunun vəziyyətinin ağır olduğu bildirilir. 

29 yaşlı çərçivə qoruyucusunun helikopter vasitəsilə Sevilyadakı xəstəxanalardan birinə aparıldığı qeyd edilib.

Fəqan İbrahimli