Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayev təkər qaraldan azyaşlı ilə mübahisə edib.

Offsideplus.az xəbər verir ki, futbolçu daha sonra Kənan adlı şəxslə görüşüb və ondan üzr istəyib. Bununla bağlı görüntülər TikTok-da yayılıb.

O, uşağa formasını hədiyyə edib və sosial şəbəkə hesabında məsələ ilə bağlı paylaşım edərək bu sözləri yazıb: “Həmən Kənan qardaşımla danışdıq, yoluna qoyduq. İnsanların reaksiyası olması gərəkən kimi idi. Üzr istəyirəm, qardaşım, yanındayam”.

Tərəflərin barışdığı anın görüntülərini təqdim edirik: