Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Rərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısının qətiyyətlə alındığı qeyd olunub.

Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur.

Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.