İtaliyanın "Monza" klubunun prezidenti və İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Milanda xəstəxanaya yerləşdirilib.

Offsideplus.az xəbər verir ki, buna səbəb 86 yaşlı şəxsin sidik yolları infeksiyasına tutulmasıdır.

Hazırda sabiq baş nazirin vəziyyəti stabil olsa da, o, xəstəxana əməkdaşlarının nəzarətindədir. KT müayinəsindən sonra Berluskoni əlavə tədqiqatlardan keçəcək.