Serxio Aquero canlı yayım zamanı mini aritmiya (ürəyin normal ritminin pozulması) keçirib.

Offsideplus.az xəbər verir ki, argentinalı sabiq futbolçu verilişin aparıcısı ilə söhbət zamanı anidən özünü narahat hiss edib.

Əlini sinəsinə qoyaraq susan Aquero bir qədər sonra ürək ritmində dəyişiklik yarandığını bildirib. 

Qeyd edək ki, 2021-ci ildə ürəyində yaranan problemə görə karyerasını bitirib.