"Barselona" La Liqanın 26-cı turunda "Real"ı 2:1 hesabıyla məğlub edib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi bu nəticə ilə "El-Klassiko" tarixində 100-cü qələbəsini qazanıb.

"Real"ın da "El-Klassiko"larda 100 qalibiyyəti var.  52 oyun isə heç-heçə başa çatıb.

Qeyd edək ki, bu "duel"lərdə "Barselona" 425, "Real" isə 420 qol vurmağı bacarıb.