Misir polisi milli komandanın kapitanı Məhəmməd Salaha məxsus 2022-ci il Afrika Millətlər kubokunun gümüş medalını tapıb.

Offsideplus.az xəbər verir ki, Salahın medalı onun Qahirədəki evini qarət edən 2 şəxs tərəfindən oğurlanmışdı .Onlar artıq həbs olunublar. Misir Daxili İşlər Nazirliyi həbs edilənlərdən birinin Salahın da evinin olduğu yaşayış kompleksinin keçmiş mühafizəçisi olduğunu bildirib.

Martın 2-də baş vermiş qarət hadisəsi zamanı oğurlanan digər əşyalar arasında 3 cüt futbol butsu da olub. Polis təkcə Afrika Millətlər kubokunda qazanılan gümüş medalı yox, bütün əşyaları geri qaytara bilib.