“Qarabağ”ın kapitanı Maksim Medvedev Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində ölən Həşimov Rüfət Rahib oğlu ilə bağlı paylaşım edib.

Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçi Rüfət Həşomovla birgə şəklini bölüşərək -  “Allah rəhmət eləsin, sən bizim qəlbimizdəsən” sözlərini qeyd edib.

Xatırladaq ki, martın 4-də saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Qeyd edilib ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

1677995170 maksim5medvedev 30512261071747850061677999300