''Fənərbağça'' klubunun əfsanəsi Ziya Şəngül vəfat edib.

Offsideplus.az xəbər verir ki, 79 yaşlı futbol adamı bu gün dünyasını dəyişib. Xroniki ağciyər xəstəliyindən əziyyət çəkən Şəngül bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi.

Türkiyə Futbol Federasiyası buna görə "Fənərbağça"ya başsağlığı verib.