Misli Premyer Liqasının 23-cü turunda hazırda davam edən “Sabah” - "Turan Tovuz" oyununda meydan sahiblərinin baş məşqçisi Murad Musayev qırmızı vərəqə alıb. 

Offsideplus.az xəbər verir ki, matçın 35-ci dəqiqəsində paytaxt klubunun qapısına penalti təyin edilib. Baş hakim Kamal Umudluya etirazını sərt şəkildə bildirən rusiyalı mütəxəssis ardıcıl iki sarı vərəqə alaraq texniki zonadan qovulub. Bundan sonra əsəblərinə hakim ola bilməyən Musayev meydana girərək, hakimin üzərinə gedib. Məşqçi və futbolçuların müdaxiləsindən sonra Musayev meydanı tərk edib.

Qeyd edək ki, "Turan Tovuz"un futbolçusu  Ayxan Quseynov isə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Matç isə 0:1 qonaqların xeyrinədir.