Martda İspaniya media liqasının həlledici oyunları “Barselona”nın stadionunda keçiriləcək.

Offsideplus.az "sports.ru"ya istinadən xəbər verir ki, Jerar Pike Kinqs Liqanın dördlü finalında “Kamp Nou”da görünməyi planlaşdırır.

 Belə ki, klubun keçmiş müdafiəçisi helikopterdən paraşütlə tullanmaq və meydançaya enmək təklifi aldığını qeyd edib.

O, qarşı tərəflə anlaşmaya yaxın olduğunu bildirsə də, detalları açıqlamayıb. 

Xəbərə görə, Pikenin hansı brenddən təklif aldığı məlum deyil.