“Bazar üçün futbolçular sadəcə məhsuldurlar”.

 Offsideplus.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu sözləri Argentina millisinin sabiq baş məşqçisi, hazırda “Sevilya”da çalışan olan Xorxe Sampaoli söyləyib.

O, yeni futbolçuların alınmasına külli miqdarda pul xərcləyən bəzi klubların davranışlarını tənqid edib:

“Oyunçulara baxanda mən adətən insanları görürəm, bazar üçün isə onlar sadəcə məhsuldurlar. Onlar pomidor bankalarına bənzəyirlər. Bəzən onları çoxlu pula alırlar, altı aydan sonra isə pulsuz icarəyə verirlər”, - deyə Sampaoli qeyd edib.