Rio Ferdinand 2018-ci ildə keçirilən Dünya Çempionatı zamanı Kremldə Vladimir Putinlə görüşərkən çay qaşığı oğurlayıb.

Offsideplus.az "Sports.ru"ya istinadən xəbər verir ki, bu barədə “Arsenal”ın keçmiş futbolçusu Aleks Skott DÇ-2018 vaxtı baş tutan Kreml səfəri haqqında danışarkən deyib.
 
O, “How (Not) to Be Strong” adlı xatirə kitabında bu mövzüya toxunub:

“Rio Ferdinandla mən Dünya Çempionatını müzakirə etmək üçün FIFA Əfsanələri proqramının üzvləri kimi Kremlə dəvət olunmuşduq. Qapıdan çıxarkən Rio məni güldürdü. O, ovcunu açdı və yadigar olaraq bir çay qaşığını oğurladığını göstərdi”, - deyə Skott yazıb.

RIA 5578675 pic 32ratio 900x600 900x600 46625 copy